İdman xəbərləri

Səudiyyə Ərəbistanının kralı İraqda 135 minlik stadion tikəcək

02:01 10-03-2018

Səudiyyə Ərəbistanının kralı İraqda 135 minlik stadion tikəcək

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl Səud İraqda 135 minlik tutumu olan stadion inşa etməyi söz verib.

 

APA-nın “championat.com”a istinadən verdiyi xəbərə görə, bu barədə qərar fevralın 28-də, İraq-Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra verilib.

 

İraq hökuməti Səudiyyə Ərəbistanı kralının ölkədə stadion tikmək niyyətini təsdiqləyib. Məlumata əsasən, adıçəkilən addım iki dövlət arasında münasibətlərin yaxşılaşmasını nümayiş etdirir. Səudiyyə Ərəbistanı və İraq arasında diplomatik münasibətlər uzun illik fasilədən sonra 2016-cı ildə bərpa olunub.

 

Qeyd edək ki, dünyanın ən böyük stadionu Şimali Koreyada yerləşir. 150 minlik tutumu olan “1 May” stadionu KXDR-in paytaxtı Pxenyanda 1989-cu ildə inşa edilib.



© APA 2018