İdman xəbərləri

“Sevilya”nın baş məşqçisi istefaya göndərilib

01:58 23-12-2017

“Sevilya”nın baş məşqçisi istefaya göndərilib

“Sevilya” baş məşqçi Eduardo Berissonu istefaya göndərib.

 

Apasport.az saytının məlumatına görə, bu barədə La Liqa təmsilçisi açıqlama yayıb. Buna səbəb argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi olub.

 

Əndəlüs klubu hazırda La Liqada 17 oyundan sonra 29 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İspaniya mətbuatında yayılan xəbərlərdə “Sevilya”nın Beritsonun yerinə “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrikeni gətirəcəyi deyilir.

 

Qeyd edək ki, baş məşqçinin bir müddət əvvəl prostat vəzi xərçəngindən əziyyət çəkdiyi və əməliyyat oldunduğu haqqında xəbər yayılmışdı.



© APA 2018