İdman xəbərləri

"Sumqayıt"ın yeni prezidenti müəyyənləşib

16:50 09-03-2018


“Sumqayıt” Futbol Klubunun yeni prezidenti bəlli olub. Apasport.az saytının məlumatına görə, klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib.

 

İclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt"ın prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. O, sonuncuların qərarı ilə prezidenti təyin olunub.

 

Qeyd edək ki, Rəfiyev bunadək AFFA-da çalışırdı.



© APA 2018