İdman xəbərləri

UEFA azərbaycanlı hakimə dəvət göndərib

17:39 27-12-2017

UEFA azərbaycanlı hakimə dəvət göndərib

FİFA dərəcəli hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə dəvət alıb. Bu barədə apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

 

O bildirib ki, budəfəki dəvət elit hakimlər üçün nəzərdə tutulan seminaradı. Belə ki, yanvarın 29-dan fevralın 2-dək Maltada təşkil ediləcək kursa Ağayev də qatılacaq: “Əliyar bu ilin əvvəlindəki seminara da çağırılmışdı. Maltada II kateqoriyadan olan cəmi 2-3 hakim iştirak edəcək ki, onlardan biri də Ağayevdi”.

 

Qeyd edək ki, Əliyar Ağayev bu il yanvarın 30-da İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan seminara qatılmışdı.



© APA 2018