İdman xəbərləri

Uesli Sneyder klubunu dəyişir

12:48 08-12-2017

Uesli Sneyder klubunu dəyişir

Hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder Fransada çox qalmayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, mövsümün əvvəlində “Qalatasaray”ı “Nitsa”ya dəyişən ulduz futbolçu karyerasını ABŞ-da davam etdirəcək.

 

33 yaşlı oyunçu “Los Anceles Qalaksi” klubu ilə anlaşıb. Cari mövsümün ilk dövrəsində “Nitsa”nın heyətində cəmi 8 oyunda meydana çıxan Sneyder bu aydan etibarən “Los Anceles Qalaksi”nin formasını geyinə biləcək.

 

Qeyd edək ki, karyerası ərzində “Ayaks”, “Real” və “İnter” kimi klublarda çıxış etmiş Uesli Sneyder son 5 mövsümü “Qalatasaray”da keçirib.



© APA 2018