İdman xəbərləri

Yığmamız Qazaxıstanla yoxlama matçı keçirəcək

16:19 16-04-2018

Yığmamız Qazaxıstanla yoxlama matçı keçirəcək

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən Qazaxıstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.

 

Qarşılaşma iyunun 5-də Astanada baş tutacaq. Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

 

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas millilərin qarşılaşması isə 22:00-da başlayacaq.



© APA 2018