İdman xəbərləri

“Zirə” ilk transferini açıqlayıb

17:29 12-06-2018

“Zirə” ilk transferini açıqlayıb

“Zirə” yay fasiləsinin ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu İlkin Qırtımovla anlaşıb.

 

“Neftçi” ilə yollarını ayıran cinah müdafiəçisi yeni mövsümdən “Zirə”nin formasını geyinəcək. 28 yaşlı futbolçu yeni komandası ilə birillik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Qırtımov əvvəllər “Simurq” və “Keşlə”də də çıxış edib.



© APA 2018