İdman xəbərləri

Olimpiada-2024-ün proqramında dəyişiklik edilə bilər

16:44 09-08-2017

Olimpiada-2024-ün proqramında dəyişiklik edilə bilər

Yay Olimpiya Oyunlarının proqramında dəyişiklik edilə bilər. Apasport.az saytının məlumatına görə, 2024-cü ildə keçiriləcək yarışlara kibernetika idman növlərinin də daxil edilməsi mümkündü.

 

Gənclərin bu tip marağını nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi növbəti sessiyasında məsələni müzakirəyə çıxaracaq.

 

Bu ilin sentyabrında Perunun paytaxtı Limada baş tutacaq tədbirdə Parisin 2024-cü ildə keçiriləcək Olimpiadaya ev sahibliyi rəsmiləşəcək. Həmin yarışdakı idman növlərinin yekun siyahısı isə Tokio-2020-dən sonra dəqiqləşəcək. 



© APA 2017