İdman xəbərləri

Rusiya idmançıları Qış Olimpiya oyunlarında BOK-un bayrağı altında çıxış edəcəklər

14:20 12-12-2017

Rusiya idmançıları Qış Olimpiya oyunlarında BOK-un bayrağı altında çıxış edəcəklər

Rusiya Olimpiya Komitəsi (ROK) 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya oyunlarında iştirak barədə qərar qəbul edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirilən Olimpiya yığıncağında razılığa gəlinib. ROK sədri Aleksandr Jukov rusiyalı idmançıların yarışlarda Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edəcəyini bildirib. 
 
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi dekabrın 5-də ROK-u müvəqqəti olaraq, Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək yarışlardan kənarlaşdırıb. Qərara əsasən, riyalı idmançıların olimpiya oyunlarında iştirakına xüsusi komissiya icazə verməlidir. Rusiyalı idmançılar Rusiya bayrağı altında deyil, olimpiya bayrağı altında yarışa bilərlər.  



© APA 2018