İdman xəbərləri

Rusiya Müstəqil Anti-dopinq Komissiyasına 15 mln. dollar ödəməlidir

23:49 05-12-2017

Rusiya Müstəqil Anti-dopinq Komissiyasına 15 mln. dollar ödəməlidir

Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Anti-dopinq Komissiyasına (ITA) 15 mln. dollar ödəməlidir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq qərar Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında qəbul edilib.  

 

Qeyd edək ki, bundan əvvəl BOK Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində  keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.



© APA 2017