İdman xəbərləri

Azərbaycan Almaniya ilə yoxlama oyunu keçirəcək

12:16 07-08-2017

Azərbaycan Almaniya ilə yoxlama oyunu keçirəcək

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Almaniya ilə qarşılaşacaq.

 

Avqustun 20-dən 26-dək davam edəcək görüşlər 5 lövhədə təşkil olunacaq. Bu yoxlama oyunu hər 2 yığmanın qarşıdakı məsul yarışlara daha yaxşı hazırlaşmasına hesablanıb.

 

Görüşün baş hakimi FİDE dərəcəli Lütfiyar Rüstəmov olacaq. 



© APA 2017