İdman xəbərləri

Azərbaycan yığması Sloveniya ilə heç-heçə edib

10:41 10-08-2017

Azərbaycan yığması Sloveniya ilə heç-heçə edib

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri yerli yığma ilə üz-üzə gəliblər.

 

Görüş heç-heçə başa çatıb. İlk 2 seti Sloveniya millisi qazansa da, növbəti 2 hissədə yığmamız üstün olub – 2:2 (23:25, 26:28, 25:20, 25:13).

 

Matçdan sonra açıqlama verən millimizin hücumçusu Yana Kulan bildirib ki, görüş heç də asan alınmayıb: “Sloveniyanın çox yaxşı komandası var, çox güclüdülər. Bizim üçün çətin bir sınaq oldu. Artıq növbəti matçları fikirləşirik”.



© APA 2017