İdman xəbərləri

“Azərreyl” argentinalı voleybolçu ilə müqavilə bağlayıb

11:24 11-09-2017

“Azərreyl” argentinalı voleybolçu ilə müqavilə bağlayıb

“Azərreyl” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da oynayacaq “dəmiryolçular” Argentina millisinin hücumçusu Tanya Akosta ilə danışıqları müsbət yekunlaşdırıblar.

 

26 yaşlı oyunçu ilə 1 illik razılıq əldə olunub. O, Braziliyanın “Pineyros” klubundan transfer edilib.

 

2010-cu ildən yığmasının şərəfini qoruyan 182 sm boya malik Akostanın karyerası isə əsasən vətəni ilə bağlıdı. “Estudiantes”in yetirməsi olan Bakı təmsilçisinin yeni transferi Argentinada “Kordoba” və “Esqrima”nın formasını geyinib. O, 2015/2016 mövsümündə isə Fransa “Olimpik”inin uğurları üçün oynayıb. 



© APA 2017