İdman xəbərləri

BOK Faiq Qarayevi mükafatlandırıb

12:56 25-12-2017

BOK Faiq Qarayevi mükafatlandırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev diplomla mükafatlandırılıb.

 

Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.

 

O, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən diploma layiq görüldüyünü söyləyib.

 

BOK prezidenti Tomas Baxın imzası ilə daxil olan sənəddə bildirilir ki, Qarayev qadın idmanına göstərdiyi xidmətə görə mükafatlandırılıb.

 

Hüseynzadənin sözlərinə görə, diplom bu günlərdə sahibinə təqdim olunacaq.



© APA 2018