Foto

“Liverpul”un müdafiəçisi həbs oluna bilər

11:42 02-01-2018

“Liverpul”un müdafiəçisi həbs oluna bilər

“Liverpul”un müdafiəçisi Deyan Lovren həbs edilə bilər.

 

APA-nın məlumatına görə, bu barədə məlumatı Böyük Britaniyanın  “Sun” nəşri yayıb.

 

Məlumatda bildirilib ki, Xorvatiya millisinin üzvünün 2010-cu ildə Zaqreb “Dinamo”sundan “Lion”a transferi zamanı qanunsuzluq aşkarlanıb. Belə ki, bu keçid zamanı korrupsiya faktlarının olması ilə bağlı iddia araşdırılır. Bu, 14 milyon funt-sterlinq məbləğində pulu mənimsədiyi üçün həbs olunan “Dinamo”nun keçmiş prezidenti Zdravko Mamiçin işinin bir hissəsi hesab edilir.

 

Lovren isə məhkəmədə yalan ifadə verməkdə ittiham olunur. Bu səbəbdən 29 yaşlı müdafiəçini 5 ilə qədər həbs cəzası gözləyir.



© APA 2018