Foto

“Qəbələ” futbol klubu britaniyalı futbolçu ilə müqaviləyə xitam verib

10:56 02-01-2018

 “Qəbələ” futbol klubu britaniyalı futbolçu ilə müqaviləyə xitam verib

“Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey müqavilə ilə məxsus olduğu “Reyncers” klubuna qayıdıb.

 

APA-nın məlumatına görə, bu barədə məlumatı Böyük Britaniyanın “Sun” nəşri yayıb.

 

Xəbərdə bildirilir ki, Şotlandiya klubunun yarımmüdafiəçini geri qaytarmaq cəhdləri öz bəhrəsini verib. Belə ki, yayda “Qəbələ”yə birillik icarə əsasında keçən Hallideylə “qırmızı-qaralar” müqaviləyə xitam veriblər.

 

Futbolçu Qlazqo təmsilçisinin qış fasiləsindən sonra Floridada keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.

 

Qeyd edək ki, buna qədər Təmkin Xəlilzadəni transfer edən “Qəbələ” Aqil Məmmədov, Tellur Mütəllimov və Ekiqo Ehiosunla yollarını ayırıb.



© APA 2018