İqtisadiyyat xəbərləri

ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

09:21 15-11-2017

ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,13% - 23 409,47 bəndədək, S&P 500 0,23% - 2 578,87 bəndədək, NASDAQ isə 0,29% - 6 737,87 bəndədək ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,01% - 7 414,42 bəndədək, Almaniya DAX-ı 0,31% - 13 033,48 bəndədək, Fransa CAC-40-ı isə 0,49% - 5 315,58 bəndədək ucuzlaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,50 dollar azalaraq 1 281,40 dollara, gümüşün qiyməti isə 0,03 dollar azalaraq 17,05 dollara satılıb.



© APA 2017