İqtisadiyyat xəbərləri

Neftin bahalaşması davam edir

09:12 29-12-2017

Neftin bahalaşması davam edir

Dünya birjalarında neft bahalaşmaqda davam edir.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar və ya 0,72% artaraq 60,27 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,65% artaraq 66,59 dollar olub.



© APA 2018