İqtisadiyyat xəbərləri

Neftin bahalaşması davam edir

10:04 30-12-2017

Neftin bahalaşması davam edir

Dünya birjalarında neft bahalaşmaqda davam edir.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar və ya 0,97% artaraq 60,42 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,71 dollar və ya 1,07% artaraq 66,87 dollar olub.



© APA 2018