İqtisadiyyat xəbərləri

® “Bakcell” Yeni il ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırır

15:17 29-12-2017

® “Bakcell” Yeni il ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Yeni il ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinə qatıldı.

 

Layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə aksiya təşkil olunmuşdur. Aksiyanın əsas məqsədi bayram ərəfəsində uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

 

Bu münasibətlə Bakcell şirkətinin nümayəndələri və ASAN Könüllülərinin iştirakı ilə 50 uşağa məktəb çantası və digər məktəb ləvazimatları hədiyyə edilib.

 

Bakcell artıq 2 ildən çoxdur ki “Uşaqlara ASAN sevgi” şüarı altında həssas qruplara aid uşaqlara sevinc bəxş etmək məqsədilə həyata keçirilən “ASAN Məktub” layihəsinə dəstək göstərir. Uşaqların saf arzularını reallığa  çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən  gerçəyə çevrilir. Layihənin mobil rabitə dəstəyi də Bakcell şirkəti tərəfindən təmin edilir.

 

Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti, uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün vaxtaşırı  “ASAN Məktub” layihəsinə dəstək göstərir.



© APA 2018