İqtisadiyyat xəbərləri

"Azərsu" beynəlxalq mükafata layiq görülüb

17:13 19-06-2017


ABŞ-ın Nyu-York şəhərində Beynəlxalq Keyfiyyət Sammiti keçirilib.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sammitdə iştirak etmək üçün dövlət müəssisəsinin nümayəndə heyəti ABŞ-da səfərdə olub.

Beynəlxalq Keyfiyyət Sammiti Beynəlxalq Biznes Təşəbbüsləri İstiqamətləri Təşkilatının təşəbbüsü ilə keçirilib. Bu təşkilat 1986-cı ildən başlayaraq hər il dünya şirkətlərini həyata keçirdikləri layihələr, davamlı inkişaf, innovasiya və digər nailiyyətlərinə görə mükafatlandırır. 2017-ci ildə regionda ilk dəfə olaraq Azərbaycanı təmsil edən təşkilat - “Azərsu” ASC Liderlik, Keyfiyyət, İnnovasiya və Mükəmməllik sahəsində Beynəlxalq Biznes Təşəbbüsləri təşkilatının Qızıl Mükafatına layiq görülüb.

 

Sammit çərçivəsində Beynəlxalq Biznes Təşəbbüsləri İstiqamətləri təşkilatının prezidenti və baş icraçı direktoru Xose Prieto, Madrid Texniki Universitetinin nümayəndələri və dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət və özəl sektorun təmsilçiləri ilə işgüzar görüşlər keçirilib.



© APA 2017