İqtisadiyyat xəbərləri

Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkətinin dayandırılması təxirə salınıb

15:18 14-02-2018

Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkətinin dayandırılması təxirə salınıb

Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılır.

 

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

 

“Bakıdan 15 fevral tarixindən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarı qüvvədə olan qrafik üzrə hərəkətdə saxlanılır”, - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları”nın İdarə Heyətinin 29 yanvarda qəbul etdiyi  qərara əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədi ilə Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılmalı idi. 



© APA 2018