İqtisadiyyat xəbərləri

Bakıda iki əsas yolda sürət həddi azaldılıb

18:33 13-01-2018

 Bakıda iki əsas yolda sürət həddi azaldılıb

Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı, Heydər Əliyev prospekti - Hava limanı və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

 

“APA-Economics” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, hər iki yolda sürüşkən yol işarəsi qoyulub.

 

M. Ağayev bildirib ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.



© APA 2018