İqtisadiyyat xəbərləri

BNA: Bakının əksər küçə və prospektlərdə sıxlıq müşahidə edilir

18:41 28-12-2017

BNA: Bakının əksər küçə və prospektlərdə sıxlıq müşahidə edilir

Hazırda Bakının əksər küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev "APA-Economics"ə bildirib ki, Ziya Bünyadov, Neftçilər, Tbilisi prospektləri, Fətəli xan Xoyski, Yusif Səfərov, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri, Azneft dairəsi, Bayıl, Dövlət Bayrağı Meydanının qarşısındakı yolda nəqliyyatın hərəkətində sıxlıq var.


"Bu səbəbdən də bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb", - deyə qurum rəsmisi vurğulayıb.



© APA 2018