İqtisadiyyat xəbərləri

Gürcüstanda suyun qiyməti qalxıb

16:23 28-12-2017

Gürcüstanda suyun qiyməti qalxıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün su təchizatı tarifi artırılıb.

 

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, sayğacsız abunəçilər üçün su tarifi adambaşına 0,75 lari (0,28 USD) bahalaşıb.

 

Sayğaclı abunəçilər üçün isə 1 kubmetr üçün artım 0,06 lari (0,023 USD) təşkil edib.

 

Hazırda sayğacsız abunəçilər üçün adambaşına tarif 3,147 lari (1,22 USD), sayğaclı abunəçilər üçün isə 1 kubmetr suyun tarifi 0,26 lari (0,10 USD) təşkil edir. Beləliklə, 2018-ci ilin yanvarın 1-dən sayğacsız abunəçilər üçün tarif 3,89 lari (1,49 USD), sayğaclı abunəçilər üçün isə 1 kubmetr su 0,32 lari (0,12 USD) olacaq. 

 

Qeyd edək ki, tariflərdə su təchizatı və tullantı sularının axıdılması xidmətləri bir yerdə göstərilib.

Qərara əsasən, kommersiya təşkilatları üçün su tarifi 4,41 laridən 4,40 lariyə qədər ucuzlaşıb.

 

2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflər 3 il müddətinə müəyyənləşib.



© APA 2018