İqtisadiyyat xəbərləri

İnam Kərimov Yevlaxda vətəndaşlarla görüşəcək

18:41 16-05-2018

İnam Kərimov Yevlaxda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 18-də, saat 11:00-da Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. 

 

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər. 

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.



© APA 2018