İqtisadiyyat xəbərləri

Martın sonunda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq

16:06 13-03-2018

Martın sonunda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq

"2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir".

 

“APA-Enın Tehran bürosunun verdiyi xəbərə görə, bunu bu gün Tehranda Azərbaycan  ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

 

"İran Prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq", - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan və İran müştərək avtomobil zavodu Neftçala sənaye məhəlləsində yerləşir.



© APA 2018