İqtisadiyyat xəbərləri

Qax-Zaqatala avtomobil yolunun bərpasına 23,3 milyon manat ayrılıb

17:04 12-08-2017

Qax-Zaqatala avtomobil yolunun bərpasına 23,3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



© APA 2017