İqtisadiyyat xəbərləri

Sabunçu və Suraxanıda su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsinə 3,73 milyon manat ayrılıb

12:11 28-12-2017

Sabunçu və Suraxanıda su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsinə 3,73 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



© APA 2018