İqtisadiyyat xəbərləri

Şahin Mustafayev: “İran Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlıdır”

17:22 13-03-2018

Şahin Mustafayev: “İran Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlıdır”

İqtisadiyyat naziri Şahin Mustafayev İranın sənaye, mədənlər və ticarət naziri ilə görüşüb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə İranın sənaye, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədarini, onun müavinləri və İranın “Xodro” şirkətinin baş direktoru Haşim Yekkə Zareəd iştirak edib. 

 

Görüşdə M. Şəriətmədari Azərbaycanla İran arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Ş. Mustafayev də, öz növbəsində hər iki ölkənin əməkdaşlığın inkişafı üçün geniş potensiala malik olduğunu qeyd edib. “Bu gün cənab prezident Ruhani ilə görüşdüm.  Görüşdə bunun şahidi oldum ki, İran Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlıdır və biz bütün səyimizi göstərməliyik ki, bu iş olsun. Biz bu iclasda 55 nəfərlik nümayəndə heyəti ilə iştirak edirik. Nümayəndə heyətinin tərkibində müxtəlif qurumların rəsmiləri iştirak edir. Bu İranın Azərbaycan üçün nə qədər önəmli olduğunu göstərir,” – deyə Ş. Mustafayev bildirib.

 



© APA 2018