İqtisadiyyat xəbərləri

Zaqatala-Balakən-Mazımçay avtomobil yolunun təmirinə 24,6 milyon manat ayrılıb

18:13 11-08-2017

 Zaqatala-Balakən-Mazımçay avtomobil yolunun təmirinə 24,6 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



© APA 2017