İqtisadiyyat xəbərləri

® Azər Türk Bankın gənclər üçün növbəti təlimləri başa çatdı

17:17 28-12-2017

® Azər Türk Bankın gənclər üçün növbəti təlimləri başa çatdı

Dövlət bankı Azər Türk Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş və bir ay ərzində davam edən təlimlər başa çatmışdır.

 

"ASAN School" könüllülük proqramının “Master 2” pilləsinin bu növbəti uğurlu yekunu münasibətilə hər iki qurumun nümayəndələrinin iştirakı ilə Azər Türk Bankın baş ofisində görüş keçirilmişdir.

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri Azər Türk Bankın "ASAN School" könüllülük proqramının reallaşdırılmasında göstərdiyi təşəbbüsə və bu proqramın Master2 pilləsinin uğurla həyata keçirilməsində dəstəyinə görə minnətdarlıqlarını bildirmişlər.

 

Azər Türk Bankın nümayəndələri, öz növbəsində, bu istiqamətdə əməkdaşlığın məmnuniyyətlə davam etdiriləciyini, iqtisadiyyat və maliyyə üzrə təhsil almış gənclərin bank işi ilə bağlı bilik və bacarıqlarının artırılmasına, onların fərdi və peşəkar inkişafına daim dəstək olmağa hazır olduqlarını vurğulamışlar.

 

Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim edilmiş, ən aktiv iştirakçılar, ənənəvi olaraq, Azər Türk Bankın təcrübə proqramına cəlb edilmişlər.

 

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.



© APA 2018