İqtisadiyyat xəbərləri

2016-cı ildən indiyədək DGK 4,5 ton narkotik müsadirə edib

15:54 13-06-2018

2016-cı ildən indiyədək DGK 4,5 ton narkotik müsadirə edib

"Ölkədə 2016, 2017 və bu ilin yanvar-may ayları ərzində 19 346 sayda hüquq pozuntusu halı qeydə alınıb".

 

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı bildirib.

 

“Qeyd olunan dövrdə 1505 cinayət faktı qeydə alınıb ki, bunun da 416-sı narkotiklərlə bağlı olub. Bu günə qədər 4 ton 549 kq narkotik müsadirə edilib ki, bunun da 1 ton 877 kiloqramı heroin olub”.

 

G. Muradlı qeyd edib ki, aşkar olunan heroin və narkotiklər Əfqanıstandan gətirildiyi məlum olub: “Əfqanıstanda bu illərdə narkotik əkinlərinin həcmi xeyli artıb. Bu narkotiklərin 25 faizi şimal marşrutu ilə Rusiyaya, 35 faizi isə İrandan Balkan marşrutu ilə Avropaya nəql edilir. İran ərazisindən gələn narkotiklər Azərbaycan vasitəsilə Avropa ölkələrinə hərəkət etdirilir”.

 

O qeyd edib ki, narkotikin daşınması üçün ağlagəlməz vasitələrdən istifadə edilir: “İstər poçt vasitəsi, istər təyyarə və gəmilərdən də narkotiklərin daşınmasında istifadə edilir”.



© APA 2018