İqtisadiyyat xəbərləri

2017-ci ildə Azərbaycan müdafiə xərclərini 1 mlrd. manat artırır

12:30 17-11-2016

2017-ci ildə Azərbaycan müdafiə xərclərini 1 mlrd. manat artırır

Azərbaycanın 2017-ci il dövlət büdcəsində müdafiə xərcləri artırılıb.

 

"APA-Economics" xəbər verir ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisinə təqdim olunmuş "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində gələn il üçün müdafiə xərcləri 1 mlrd. 26 mln. 700 min manat və ya 63,66 artırılaraq 2 mlrd. 642 mln. manat səviyyəsində proqnozlaşdırılıb.

 

Büdcə layihəsinin yekun versiyasında müdafiə xərclərindən 1 mlrd. 269 mln. 905 min 140 manat müdafiə qüvvələri, 111 mln. 929 min 106 manat milli təhlükəsizlik, 2 mln. 642 min 144 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 mlrd. 257 mln. 616 min 282 manatı digər kateqoriyalara aid edilməyən xərclərə aiddir. 



© APA 2017