İqtisadiyyat xəbərləri

Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək

13:04 14-06-2018

Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək

"Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək".

 

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov bildirib.

 

Onun sözlərinə görə, yeni sərhəd keçid məntəqəsi Ağstafa rayonun Sadıxlı kəndinin ərazisində yerləşəcək və Asiya İnkişaf Bankının dəstəyi ilə inşa ediləcək: “Yeni sərhəd keçid məntəqəsi bütün xidmətləri əhatə edəcək. Buradan həm piyada, həm də minik və yük avtomobilləri istifadə edəcəklər".

 

O bildirib ki, bunun üçün yeni iqtisadi səbəblər mövcuddur: “Bütün dövlət qurumları bu məsələ ilə bağlı artıq razılıq veriblər. Yeni sərhəd keçid məntəqəsinin inşa edilməsi Azərbaycanla Gürcüstan arasında yerləşən “Sınıq körpü” sərhəd keçid məntəqəsindəki sıxlığı 40 faiz aradan qaldıracaq".



© APA 2018