İqtisadiyyat xəbərləri

“Azərbaycan İpoteka Fondu” əməkdaşlarını sığortalayacaq şirkətin adı məlum olub

17:52 29-12-2017

 “Azərbaycan İpoteka Fondu” əməkdaşlarını sığortalayacaq şirkətin adı məlum olub

“Azərbaycan İpoteka Fondu” ASC-nin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender başa çatıb.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, tenderin qalibi olaraq “PAŞA Sığorta” ASC seçilib.

 

“Azərbaycan İpoteka Fondu” ASC ilə “PAŞA Sığorta” ASC arasında dekabrın 26-da satınalma müqaviləsi bağlanıb. 



© APA 2018