İqtisadiyyat xəbərləri

Azərbaycanda banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşları 2 493,4 mln. manata çatıb

12:46 01-03-2007

Azərbaycanda banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşları 2 493,4 mln. manata çatıb
Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının ölkə iqtisadiyyatına yatırdıqları kredit qoyuluşlarının (vaxtı keçmiş kreditlər nəzərə alınmaqla) məcmu həcmi cari ilin fevral ayının 1-i vəziyyətinə 2 493,4 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) APA-Economics-ə verilən məlumata görə, bu göstərici keçən ilin əvvəli ilə müqayisədə 80,6% artıb.
Kredit qoyuluşlarının 48,2%-i (1 203 mln. manat) milli valyuta ilə, 51,8%-i (1 290,4 mln. manat) isə xarici valyuta ilə yatırılıb. Kredit qoyuluşlarının 1 149 mln. manatı (46,1%) dövlət bankları, 1 271,4 mln. manatı (51%) özəl banklar, 72,9 mln. manatı (2,9%) isə qeyri-bank kredit təşkilatlarının payına düşür.
Qeyd edək ki, ticarət və xidmət sahəsinə 644,3 mln. manat (25,8%), ev təsərrüfatlarına 799,7 mln. manat (32,1%), nəqliyyat və rabitə sahəsinə 220,3 mln. manat (8,8%), sənaye və istehsal sektoruna 192,6 mln. manat (7,7%), kənd təsərrüfatı və emalına 139,6 mln. manat (5,6%), energetika, kimya və təbii ehtiyatlar sektoruna 170,9 mln. manat (6,9%), inşaat və əmlak sahəsinə isə 164 mln. manat (6,6%) kredit qoyulub.
AMB-dən bildirilib ki, hökümət idarələrinə verilən kreditlərin həcmi 2,8 mln. manat və ya 0,1%, ictimai təşkilatlara isə 1,5 mln. manat və ya 0,1% təşkil edir. Kreditlərin 41,6 mln. manatı maliyyə sektoru, 10,6 mln. manatı isə digər sahələrin payına düşüb. /APA-Economics/


© APA 2018