İqtisadiyyat xəbərləri

Azərbaycanda vergi yükü 40%-dən azdır - İCMAL

15:38 07-12-2017

Azərbaycanda vergi yükü 40%-dən azdır - İCMAL

Dünya Bank (DB) və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan "Paying Taxes 2018" adlı icmalda Azərbaycan 35-ci yeri tutub.


"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın indeksi 83,79-a bərabərdir.


İcmala əsasən, qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.


Azərbaycanda vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib. "Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyə vergisi və sosial ödənişlər təşkil edir", - deyə icmalda qeyd edilib.



© APA 2017