İqtisadiyyat xəbərləri

Azərbaycanın istehlak bazarı 1,5% artıb

15:27 19-06-2017

Azərbaycanın istehlak bazarı 1,5% artıb

2017-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 16,4 mlrd. manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5% artıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-may aylarının səviyyəsini real ifadədə 1,8% üstələyərək 15 mlrd. 755,8 mln. manata bərabər olub, 50,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

 

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 338,2 manatlıq və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.



© APA 2017