İqtisadiyyat xəbərləri

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində çalışacaq

16:04 29-12-2017

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində çalışacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 30 dekabr - 3 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

 

Palatadan “APA-Economics”ə verilən xəbərə görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 24 bankın 139 filial və şöbəsi 30 dekabr – 3 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.

 

Bayram günlərində Palata tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

 

İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaq.



© APA 2018