İqtisadiyyat xəbərləri

Bələdiyyə mülkiyyətindəki əmlak üzərində reklamın yerləşdirilməsi üçün ödəniləcək məbləğ müəyyənləşib

00:04 28-12-2017

Bələdiyyə mülkiyyətindəki əmlak üzərində reklamın yerləşdirilməsi üçün ödəniləcək məbləğ müəyyənləşib

Bu məbləğ reklam yayıcısının ödəyəcəyi dövlət rüsumu məbləğinin10 faizi həcmində olacaq

Nazirlər Kabineti “Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” qərar verib.

 

APA-nın məlumatına görə, qərara əsasən “Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə”nin forması, “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması və “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası” təsdiq edilib.

 

Qərara əsasən bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakdan istifadəyə görə məbləğ də müəyyənləşib.  Bu məbləğ reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin10 faizi həcmində müəyyən edilib. Açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.

 

Müvafiq olaraq “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli qərarı  ləğv edilib.



© APA 2018