İqtisadiyyat xəbərləri

Bu il Bakının sosial-iqtisadi inkişafına 12,3 mlrd. manat yönəldilib

15:49 27-12-2017

Bu il Bakının sosial-iqtisadi inkişafına 12,3 mlrd. manat yönəldilib

2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 mlrd. 331,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3% az vəsait yönəldilib.

 

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 35,1%-i dövlət, 64,9%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

 

2017-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,3%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,9%-ini əsaslı təmir, 3,8%-ini cari təmir, 20%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,2%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.



© APA 2018