İqtisadiyyat xəbərləri

Bugünkü depozit hərracında tələb təklifdən 1,2 dəfə çox olub

16:51 29-12-2017

Bugünkü depozit hərracında tələb təklifdən 1,2 dəfə çox olub

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

 

AMB-dən "APA-Ecoonmics"ə verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 355,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,89% təşkil edib.

 

Bununla da depozit hərracında tələb təklifi 1,2 dəfə üstələyib.

 

Qeyd edək ki, bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.



© APA 2018