İqtisadiyyat xəbərləri

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

12:34 14-11-2017

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7002 səviyyəsində müəyyən edib.



© APA 2017