İqtisadiyyat xəbərləri

DGK külli miqdarda pirotexniki vasitə müsadirə edib

14:40 27-12-2017

DGK külli miqdarda pirotexniki vasitə müsadirə edib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21 013" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Kinoloji xidmət itinin tətbiqi ilə nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində "PCS" yazısı olan 270 qutu pirotexniki vasitələr aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.



© APA 2018