İqtisadiyyat xəbərləri

Dünya Bankı İİTKM-də təlim keçirib

14:50 28-12-2017

Dünya Bankı İİTKM-də təlim keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji Yol Xəritələrinin monitorinqi və qiymətləndirilməsinin dəstəklənməsi üzrə təlimlər yekunlaşıb.

 

Mərkəzdən “APA-Economics”ə verilən xəbərə görə, təlimi Dünya Bankının dövlət sektoru üzrə mütəxəssis və tapşırıq qrupunun rəhbəri Yelena Gergieva-Andonovska, monitorinq və qiymətləndirmə üzrə məsləhətçi Anet Rixter, proqram üzrə köməkçi Nigar Sadıqova keçiriblər.

 

İİTKM-in Dünya Bankına müraciəti əsasında təşkil olunan təlimdə Mərkəzin bütün departamentinin əməkdaşları beynəlxalq təcrübəni bölüşüblər. Təlimdə xüsusilə qeyd olunub ki, monitorinq və qiymətləndirmə strateji idarəetmənin mühüm tərkib hissədir. İİTKM-in tətbiq etdiyi təkmil monitorinq və qiymətləndirmə hesabatlılıq və şəffaflığın artırılması, həmçinin açıq hökumət prinsipinin tətbiqi nöqteyi-nəzərindən əhəmiyyətlidir.



© APA 2018