İqtisadiyyat xəbərləri

Gələn il yeni struktur islahatlar həyata keçiriləcək

16:26 29-12-2017

 Gələn il yeni struktur islahatlar həyata keçiriləcək

“Son illər həyata keçirilmiş dərin makroiqtisadi manevr və sabitlik platformasının yaradılması sayəsində ölkədə dayanıqlı və inkluziv iqtisadi artım üçün zəruri olan makroiqtisadi sabitliyin əsasları formalaşıb”.

 

“APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

 

Bildirilir ki, ölkənin yüksək inkişaf trayektoriyasına qayıtması üçün makroiqtisadi siyasətin stimullaşdırıcı rolu daha da gücləndiriləcək, yeni nəsil struktur islahatları həyata keçiriləcək. “Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi 2018-ci il və ortamüddətli dövrdə də Mərkəzi Bankın pul siyasətinin başlıca hədəfini təşkil edəcək”, - deyə bəyanatda qeyd olunub.



© APA 2018