İqtisadiyyat xəbərləri

Gürcüstanın xarici borcu 1,1 mlrd. dollar artıb

15:30 29-12-2017

Gürcüstanın xarici borcu 1,1 mlrd. dollar artıb

Gürcüstanın xalis xarici borcu 30 sentyabr 2017-ci il tarixinə əsasən, 16,7 mlrd. dollar təşkil edir.

 

APA-nın Gürcüstan bürosunun ölkənin Milli Bankına istinadla verdiyi xəbərə əsasən, ötən ilin eyni göstəricisi ilə müqayisədə qonşu ölkənin xarici borcu 1,1 mlrd. dollar artıb.

 

Cari ilin üçüncü rübündə qonşu ölkənin xalis xarici borcu 189,5 mln. dollar çoxalıb.

Dövlətin xarici borcu 7,1 mlrd. dollar olub ki, bu da ÜDM-in 47,7%-ni təşkil edib. Bu məbləğin 5,2 mlrd. dolları hökumətin payına düşüb.



© APA 2018