İqtisadiyyat xəbərləri

Hesablama Palatası 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı hazırlayıb

11:02 14-02-2018

Hesablama Palatası 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı hazırlayıb

Hesablama Palatasının 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı (SİP) hazırlanıb.

 

Palatadan "APA-Economics"ə verilən məlumata görə, bu sənəd Hesablama Palatasının uzunmüddətli dövr üçün inkişafını müəyyən edir və qurumun müxtəlif göstəricilərə nail olunması üçün missiya, dəyərlər, strateji hədəflərini və fəaliyyət istiqamətlərini əks etdirir.

 

2018-2020-ci illər üzrə Srtateji İnkişaf planı 5 məqsəddən ibarət olaraq tərtib edilib və  hər bir məqsəd üzrə alt-məqsədlər müəyyən edilib və həmin məqsədləri nail olunması üçün tədbirlər planı hazırlanıb. 



© APA 2018