İqtisadiyyat xəbərləri

Hesablama Palatası maliyyə nəzarəti fəaliyyətini təkmilləşdirəcək

13:12 14-02-2018

Hesablama Palatası maliyyə nəzarəti fəaliyyətini təkmilləşdirəcək

Hesablama Palatası büdcə layihələrinə dair rəylərinin, fəaliyyəti barədə hesabatlarının hazırlanması, maliyyə hesabatlarının təhlil işini təkmilləşdirəcək.

 

Palatadan “APA-Economics”ə verilən məlumata görə, bu, Hesablama Palatasının 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planında öz əksini tapıb.

 

Strateji İnkişaf Planına əsasən, “Hesablama Palatası” dövlət büdcəsi və büdcədən kənar dövlət fondlarının layihəsi və icrası ilə bağlı rəylərin hazırlanmasında fəaliyyətini daha da təkmilləşdirəcək.

 

Bundan başqa, Hesablama Palatasının fəaliyyəti haqqında hesabatın hazırlanması işində də təkmilləşdirmələr aparılacaq.

 

Eyni zamanda, Hesablama Palatası büdcə təşkilatlarının maliyyə hesabatlarının təhlili işlərini də təkmilləşdirməyi nəzərdə tutur.

 

Qeyd edək ki, maliyyə nəzarəti fəaliyyətini təkmilləşdirməyi planlaşdıran Hesablama Palatası yeni audit növlərinin tətbiqinə başlayacaq.



© APA 2018